“Türkiyə ABŞ-la münasibətləri istiləşdirəcək” -POLİTOLOQ

“İdlibdə Türkiyə və Suriya rejimi arasında toqquşmalar başlayıb. Gecə saatlarında Suriya tərəfinin bombardmanları nəticəsində 4 türk əsgəri həlak olub, 9-u yaralanıb. Türk ordusu cavab zərbələri endirib, qarşı tərəfin itkiləri haqqında hələlik məlumat yoxdur. Aydındır ki, Əsəd Rusiya və İran tərəfindən cəsarətləndirilməsə, belə bir addıma gedə bilməzdi. Bu, artıq Astana prosesinin (Rusiya-İran-Türkiyə) və Soçi razılaşmalarının (Rusiya-Türkiyə) çökməsi deməkdir”.

Sozcu.az xəbər verirki, bunu politoloq Şahin Cəfərli deyib:

“Dəfələrlə qeyd etmişdim ki, bu ölkələrin tərəfdaşlığı və yaxınlaşması situativdir, ortaq maraq nöqtələri əslində çox azdır. Suriya, Liviya, Ukrayna, Qara dəniz, Qafqaz (Qarabağ, Gürcüstandakı münaqişələr) məsələləri ilə bağlı Türkiyə və Rusiyanın maraqları 180 dərəcə fərqlənir” – deyə politiloq qeyd edib.

“Türkiyə yəqin ki, S-400-ü anbara atıb, ABŞ-la münasibətlərini istiləşdirəcək və F-35-ləri əldə edəcək. Ukrayna və Gürcüstana Ankaranın dəstəyi də artacaq” – deyə politoloq qeyd edib.

Facebook Comments