Pompeo Minskə getdi

ABŞ Dövlət katibi Mayk Pompeo Minskə səfər edib.

Sozcu.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb. Pompeo bununla son 25 ildə Belarusa səfər edən ilk dövlət katibi olub. Pompeo Minskə Kiyevdən gəlib. Onun Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Xarici İşlər naziri Vladimir Makeylə görüşəcəyi vurğulanıb.

Qeyd edək ki, Belarusa sonuncu dəfə 1991-ci ildə ABŞ Dövlət katibi Ceyms Beyker səfər edib. 1994-cü ildə isə Belarusda ABŞ Prezidenti Bil Klinton olub.

Facebook Comments