Zelenskidən ABŞ-a gözlənilməz təklif: Qara dənizə gəlin…

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Sozcu.az xəbər verir ki, görüşdə Zelenski Pompeoya ABŞ şirkətlərini Qara dəniz şelfini araşdırmağa dəvət edib.

Bundan əlavə, Zelenski “Şimal axını-2” kəməri ilə bağlı tətbiq olunan sanksiyalara görə Pompeoya təşəkkür edib.

Pompeo da öz növbəsində Ukraynanın NATO-ya daxil olmasını dəstəklədiyini söyləyib.

Qeyd edək ki, Pompeo bu gün Kiyevə səfərə gəlib.

Facebook Comments