“İran Generalı sərhədlərimizin İranın biəti altında olduğunu göstərib” -ELŞƏN ƏLİSOY

Elşən Əlisoy
“Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” ictimai Birliyinin sədri

“Vətən sərhəddən başlayır” sözünün bizə aidiyyəti ona görə yoxdur ki, bizim vətən sərhədlərdən o tərəflərdən başlayır. Azərbaycan yeganə dövlətdir ki, hər tərəfdən öz torpaqları ilə sərhəddir. Bu baxımdan Azərbaycanın sərhədçilərinə rəhbərlik edən ideoloji cəhətdən yetkin adam olmalıdır. Unutmamalıdır ki, qarşı tərəf qonşu dövlətdən çox, onun torpaqları üzərində bayraq dalgalandiran, ən azından rəqib və heç bir zaman dost ola bilməyəcək bir dövlətdir. (Bu söz Türkiyə istisna olmaqla, bütün sərhədyanı qonsularımıza aiddir) Buna görə sərhədimizə məsul olan şəxs bütün detallara fikir verməli və hər bir yaxşı münasibətin belə pis tərəfini düşünməlidir.

Elçin Quliyevlə İran generalının “uzüktaxma mərasimi” mənim üçün dostluq münasibəti yox, İranın sərhədlərimizə hiyləgərcəsinə təcavüzü, sərhədlərimizin İranın biəti altında olduğu görüntüsü yaratmaq siyasətidir.

Elçin Quliyev o vəzifəyə layiq biri deyil. Elçin Quliyev istefa verməli və məsuliyyətsizliyi üçün Azərbaycan xalqından üzr istəməlidir. Mən  İran molla rejiminin generalının keçirdiyi “uzüktaxma mərasimi”nin birdən birə baş verdiyinə inanmıram, əvvəlcədən planlaşdırılmış mərasim olub. Təsadüf olsa belə bu onu göstərir ki, yenə də Elçin Quliyev o vəzifəyə və o rütbəyə layiq deyil. Yüksək rütbəli və yüksək vəzifəli şəxslərin görüşləri protokol qaydası ilə olmalı və protokoldan kənar davranışlar tərbiyəsizlik kimi qiymətləndirilməlidir.

Facebook Comments