Ata Abdullayevin şəklini cırdılar

Özünü bloqer kimi təqdim edən deputatlığa namizəd Ata Abdullayevin şəklini cırıblar.

Sozcu.az Pravda.az-a istinadən verdiyi xəbərə görə, bu barədə A.Abdullayev özü məlumat verib.

O bildirib ki, Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində obyektlərinin birinə yapışdırdığı plakatı naməlum şəxslər cırıblar: “Həmin obyektin şüşəsinə şəklim obyekt sahibinin razılığı ilə yapışdırılıb. Əldə etdiyimiz video-görüntüdən məlum olur ki, naməlum şəxs şəklimi cırır, yerə atır. Bu, müxalifyönlü insanların işidir…”

Facebook Comments