Ermənilər terrorçu qrup yerləşdirilmiş qəsəbəmizdə belə binalar tikdi…-FOTO

Azərbaycan Respublikasının 28-ci ildir işğal altında qalan Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində çoxmərtəbəli binaların tikintisini tamamlamaq üzrədir.

Sozcu.az xəbər verir ki, qəsəbə ərazisində tikilən yeni binaların sayı 4-dür. 2018-ci ildən tikilən binalardakı mənzillərdə əsasən işğalçı hərbçilər və çoxuşaqlı ailələr yerləşdiriləcək.

Xatırladaq ki, Qırmızı Bazar qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. Bu ərazidə başçısı Zamir əl-Qisse olan suriyalıların “Xalq Azadlıq Cəbhəsi” terrorçu qrupu yerləşdirilib(Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. “Elm”. 2008. səh. 268.).

Azərbaycan ordusunun 1992-ci il iyunun 28-də Qırmızı Bazar istiqamətində keçirdiyi genişmiqyaslı əməliyyat, təəssüf ki, uğursuzluqla nəticələnib.(Moderator.az)

Facebook Comments