İrandan dəhşətli təyyarə qəzası ilə bağlı ŞOK AÇIQLAMA – “Təsadüfən vurulub”

İran Ukraynaya məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, layner təsadüfən vurulub və bu qəsdən edilməyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məsələ ilə bağlı “Twitter” səhifəsində bunları yazıb:

“Kədərli gün. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən, ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya gətirib çıxardı”.

Facebook Comments