“Hətta sovet dövrünün raykom katibləri yerli əhali ilə belə davranmayıb” – Müsavat başqanı

“Seçkilərlə bağlı hələlik ən böyük qanun pozuntuları Zaqatalada baş verir. 110 və 111-saylı dairələrdə namizədlərin sənədləri qəbul edilmir, namizədlərə imza vərəqələrinin verilməsindən imtina olunur. 110 saylı dairə seçki komissiyasının sədri, Fikrət Mustafayev xuliqanlıq edib. Namizədlərdən birinə fiziki təziq göstərib”.

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib:

” Müsavat Partiyasının namizədi Saleh Soltanova, hətta MSK-dan tapşırılsa da bu gün də imza vərəqələri verilmədi

Bu davranış yalnız deputatlığa namizədlərə qarşı yox, bütün Zaqatalanın 120 minlik əhalisinə qarşı hörmətsizlikdir, təhqirdir.

Burada, hətta sovet dövrünün raykom katibləri yerli əhali ilə belə davranmayıb.
Ümid edirəm ki, burada yazdıqlarımdan hərə özü üçün nəticə çıxaracaq və biabırçı davranışlara son qoyulacaq”.

Facebook Comments