PKK-nın İraqı özünə düşərgə seçməsi… – Çavuşoğlu

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bağdadda İraq Prezidenti Bərham Saleh və İraqın Baş naziri Adil Əbdülmehdi ilə görüşüb.

Sozcu.az xəbər verir ki, prezident sarayında baş tutan görüş mediaya qapalı keçirilib.

Çavuşoğlunun iraqlı həmkarı Məhəmməd Əli əl-Həkim və İraq parlamentinin sədri Məhəmməd əl-Halbusi ilə də görüşü gözlənilir.

Rəsmi Ankara İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir və bu ölkənin ərazisinin xarici qüvvələrinin münaqişə bölgəsinə çevrilməsini yolverilməz hesab edir.

Bu fikirləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu görüş zamanı səsləndirib.

Eyni zamanda o əlavə edib ki, PKK terror təşkilatının İraq ərazisini özünə düşərgə hesab etməsi qəbulolunmazdır.

Facebook Comments