Bu gün İranda milli matəmdir

İran hökuməti təyyarə qəzasında və cənazə mərasimində qeydə alınan insan tələfatı ilə bağlı bu gün ölkədə matəm elan edib.

Sozcu.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən açıqlama verilib. Matəm bir gün olacaq.

Xatırladaq ki, Tehranda Ukraynaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində 176 nəfər həyatını itirib. General Qasım Süleymaninin cənazə mərasimində baş verən izdiham zamanı isə 60-dan çox insan həlak olub.

Facebook Comments