Rusiyadan İranın hava məkanından istifadədən imtina etdi

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yerli aviaşirkətlərə İran və İraq hava məkanından istifadə etməməyi məsləhət görüb.

Sozcu.az xəbər verir ki, bu barədə məlumat agentliyin saytında yer alıb. Məlumata görə, aviaşirkətlərə Fars və Oman körfəzləri üzərindən uçmamaq da məsləhət görülüb.

Qeyd edək ki, bundan öncə ABŞ öz aviaşirkətlərinə yuxarıda adı çəkilən istiqamətlər üzrə uçuşları qadağan edib.

Facebook Comments