“Yunayted”ə 7:0 hesabı ilə qalib gələcəyimizi düşünürdünüz?” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə liqa kubokunun yarımfinalında “Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Sozcu.az Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, matçla bağlı deyib:

“Matçın əvvəli gərgin keçdi. Ancaq yenə də möhtəşəm bir qol vurmağı bacardıq. İlk hissəni yaxşı oynadıq. Fasilədən sonra rəqib başqa bir futbol oynamağa başladı, biz isə hesabı qorumağa çalışdıq. Ancaq bu, hələ son deyil, “Mançester Yunayted” qol vurmağı bilir. Ancaq ümid edirəm ki, finala qədər çıxacağıq. “Mançester Yunayted” ə qarşı oynayırdıq, 7:0 hesablı qələbə gözləyirdiniz?”.

Qeyd edək ki, Mançester klubları arasında cavab görüşü yanvarın 29-u keçiriləcək.(Qol.az)

Facebook Comments