Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri fəaliyyətə başladı

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə Missiyası bu gündən fəaliyyətə başlayır.

Sozcu.az-ın xəbərinə görə, bunu Müşahidə Missiyasının rəhbəri Piter Teyler bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki artıq beşinci dəfədir, Seçkiləri Müşahidə Missiyasına rəhbərlik edir.

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarından sonra Azərbaycan tərəfi rəsmi olaraq müşahidə üçün bizə müraciət etdi. Ehtiyacların Qiymətləndirməsi Missiyası dekabrda Azərbaycana səfər etdi və seçkiqabağı mühiti, gələcək seçkilərə hazırlıq prosesini qiymətləndirdi. Bu səfərin nəticələrinə əsasən, qərar verildi ki, müşahidə missiyası əsas heyətdən, qısa və uzunmüddətli müşahidəçilərdən ibarət olmaqla işə cəlb olunacaq”, – deyə o bildirib.(APA)

Facebook Comments