“Növbədənkənar parlament seçkilərində iştirak etməyəcəm” – Daha bir deputatdan imtina qərarı

“Növbədənkənar parlament seçkilərində iştirak etməyəcəm”
Beşinci çağırış Milli Məclisin deputatı olan Müslüm Məmmədov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Sozcu.az xəbər verir ki, Bu barədə Modern.az-a açıqlamasında Müslüm Məmmədov özü məlumat verib.

O, bildirib ki, əvvəl seçkilərdə iştirak etmək qərarını vermək istəsə də, sonradan fikrindən vaz keçib:

“Növbədənkənar parlament seçkilərində iştirak etməyəcəm”.

Qeyd edək ki, beşinci çağırış Milli Məclisin deputatı olmuş Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilmişdi.

O, heç bir partiyada təmsil olunmur, bitərəfdir.

Facebook Comments