“Fars imperiyası qurmaq uğrunda ölənlərə şəhid deyilməməlidir” – Politoloq

“Qasım Süleymaniyə şəhid deyib vay-şivən qoparan Azərbaycan vətəndaşları, niyə o, İraq əvəzinə, gəlib Qarabağda şəhid olmurdu?! Yəqin deyəcəksiniz ki, Azərbaycan nə zaman müharibəyə başladı ki, başqaları da kömək etmədi. Azərbaycan həm də regiondakı şəraiti nəzərə alaraq müharibəyə başlaya bilmir. Çünki savaş başlasa, Ermənistana kömək edəcək, Azərbaycana arxadan zərbə vuracaq ilk dövlət İrandır”.

Sozcu.az-ın xəbərinə görə, bunu politoloq Nəzakət Məmmədova deyib.

O xatırladıb ki, İran Qarabağda “Gövhər ağa” məscidini təmir edib mədəniyyət mərkəzi açır, eyni zamanda İran vətəndaşları Qarabağa və İrəvana tacir və turist kimi gedir:

“İşğal altındakı ərazilərimizdəki qəbiristanlıqların mərmər baş daşlarını əsirlərimizə sökdürən ermənilərdən alan İran vətəndaşları olub. Bir müsəlmanın baş daşını ermənidən alana nə ad vermək olar?! Mənim üçün bu müharibədə nə sionist, nə şəhid var, haqq və nahaq var. Dünya iki yerə bölünür: haqqlıya və haqsıza. Öz torpağı ilə başqa torpağı uğrunda ölənin fərqi var, fars imperiyası qurmaq uğrunda ölənlərə şəhid deyilməz”.(Cebhe.info)

Facebook Comments