ATƏT nümayəndələri müxalifət təmsilçiləri ilə görüşüb

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri Tim Knoblau, Radivoj Qrujiç və Aleksey Qromov Azərbaycan müxalifətinin təmsilçiləri ilə görüşüblər.

Müsavat Partiyasının başqanı Arif Hacılının “Basta”ya verdiyi məlumata görə, görüşdə Müsavat Partiyası, Real, Nida və Milli Şuranın təmsilçiləri iştirak ediblər.

Park İnn oteldə baş tutan görüşdə Azərbaycanda fevralın 9-na təyin edilmiş seçkilərlə bağlı partiyaların mövqeyi, ölkədəki seçkiqabağı durum və digər məsələlər müzakirə olunub.

“Seçki komissiyalarının tərkibindən tutmuş, sərbəst toplaşma azadlığına qoyulan qadağa, antidemokratik seçkiqabağı durum, siyasi məhbuslar və digər məsələlər müzakirə olundu” – deyə Arif Hacılı bildirib.

Facebook Comments