Qaradağda saxta sənəd hazırlayan məmurlar kimlərdir?

Sozcu.az saytın elektron ünvanına Bakı Şəhəri Qaradağ Rayonu Sahil qəsəbəsi Ə.Gülbabayev küç ev 18 mən 35də yaşayan Rzayeva Fəridə Meyli qızı tərəfindən şikayət məktubu daxil olub.

Məktubu olduğu kimi təqdim edirik

Hörmətli redaksiya, yazıb sizə bildirmək istəyirəm ki, doğma qardaşım Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluğa məruz qalmışam. Yoldaşım Rzayev İltifat Qüdret oğlu 2012ci ildə vəfat etmişdir və 2013ci ildə qardaşım yoldaşımdan qalan mənzili mənim adıma özəlləşdirməsinə köməklik göstərəcəyini bildirmişdir. Öz dəsti xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizəsinə məni aldadaraq savadsızlığımdan yaşlılığımdan sui istifadə edərək əsl imzamı atdırmışdır. Övladlarımın adından öz dəsti xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizələrinə saxta imzalar göstərməklə 45 saylı natariat kontorunun reisi Tofiq Şükürov Gülabbas oğlu ilə əlbir olub təsdiqlətdirmişdir.

Bakı şəhəri Mənzil kamunal Teserüfat Departamenti ilə iş birliyi quraraq məndən xəbərsiz adıma gizli yolla və eyni zamanda saxtakarlıqla bağladığı müqaviləni özündə saxlayıb məndən gizlədir. Özəlləşmə ərizələrini bir kənara qoyaraq çirkin niyyətinə nail olmuşdur. Adıma aldığı sərəncamda mənim adıma yeni şəxsi Maliyyə hesabı açdırmışdır. Mənzilimi Dövlətə satıb və yaxud girov qoyub müqavilə məndə olmadığından tam məlumatım yoxdur. Bu məsələdə qardaşım Ələmov Rahim Meyli oğluna doğma qardaşım Ələmov Yusif Meyli oğlu və doğma bacım İbadova Kamilə Meyli qızı yaxından köməklik göstərmişdilər.

Onuda nəzərinizə çatdırım ki, 119 saylı keçmiş jek müdrü hal hazırda müdür müavini Vidadi Əliyev də köməklik etmişdir. 3 Nömrəli Asan Xidmətin Reystr Şöbəsində çalışan gənc qız qardaşım Ələmov Rahim Meyli oğlu ilə əlbir olaraq Dövlət Mülkiyyətli Çıxarışı mənə Xüsüsi Mülkiyyət Çıxarışı kimi təqdim etmişdir. Mənim savadsızlığımdan sui istifadə ediblər. Dövlət müəssəsi olduğundan və doğma qardaşım olduğundan məni aldatmalarını başa düşməmişəm. 2018ci ildə Mənzilimi satarkən bu məsələnin üstü açılmışdır. Qaradağ Rayon 38-ci polis bölməsində təqdiqatçı Azər Vəliyevə və Qaradağ Rayon prakrorluğunda prakror köməkçisi Fəxrəddin müəllimə izahat vermişəm.

Qaradağ Rayon Millət vəkili Aydın Hüseynova da bu barədə məlumat verdim. Qaradağ Rayon İcra müavini Nadir məlimə, Baş prakrorluğun karupsiya Qarşı Mübarizə İdarəsində prakror köməkçisi Nigar xanıma Ailə Qadın və Uşaq komitəsinin Sədri Hicran Hüseynovanın Hüquqşunasına, Maliyyə Nazirliyinə, Maliyyə Manitorinq Xidmətinin Hüquqşünasına, Ədliyyə Nazirliyinin Baş Natariat kantorunun rəhbəri İlqar Memmedova poçt vasitəsi ilə izahat göndərmişəm. Bu qurumlara saxta icarə kirayə müqaviləsi ərizələri təqdim etmişəm hələdə bu günə qədər saxta ərizələri ekspertizaya göndərməyiblər cinayəti ört bastır edirlər. Qaradağ Rayon Məhkəməsində Övladlarım saxta ərizələrin ekspertiziyasını tələb etdi.

Hakim Gülnar Əhmədova vəkilimiz Qulamov Ceyhun Oktay oğlu ilə əlbir olaraq iddianı dəyişdilər saxta ərizələrin yerinə ekspertizaya natariatın qeydiyyat kitabını göndərdilər biz bu ədalətsizliyi görüb Məhkəməni dayandırdıq. 3 Məhkəmə keçmişəm ədalətsizliy olub saxta erizələr ekspertiza olunmayıb ədalətsiz Qərdadlar verilib mən yənədə narazı qalıb hal hazırda iddiamı Plenium Məhkəməsinə vermişəm. Artıq 7 aydır iddiam Sədr Ramiz Rzayevdən gizlədilir. Mülkü işimə baxılmır sizdən artıq dərəcədə xaiş edirəm müqavilə aşkara çıxarılsın və məsələ ciddi araşdırılsın. Saxta yollarla mənim adımdan Dövlətdən mənimsənilən Maliyyə Dövlətə qaytarılsın və mənim Mülküm qanuni şəkildə özümə qaytarılsın. Hüquqlarımın bərpa olunacağına inanıram. Dövlətimizə güvənirik köməklik istəyirik dəstək gözləyirik.

Əlaqə: 012- 446 -60 82, mob: 050 -433 -02 -37

Hörmətlə: Rzayeva Fəridə Meyli qızı.

 Şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Facebook Comments