“Real” Çempionlar Liqasının kralıdır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalının püşkünü dəyərləndirib.

Sozcu.az xəbər verir ki, ispaniyalı mütəxəssis “AS” nəşrinə açıqlamasında rəqibləri olan Madrid klubunu turnirin kralı adlandırıb:

“Möhtəşəm qarşılaşma olacaq. Rəqibimizin bu turnirdəki təcrübəsi bizdən çoxdur. Çünki “Real” Çempionlar Liqasının kralıdır. Ən yaxşısını etməyə çalışacağıq və ümid edirəm ki, iki əla oyun göstərəcəyik.

Avropanın 16 komandası arasında olmaq çox xoşdur. Görək, biz oyuna hansı formada hazır olacağıq, “Real” necə hazırlaşacaq. Çempionlar Liqasını qazanmaq istəyirsənsə, ən güclü rəqiblə qarşılaşmaq məcburiyyətindəsən”.

Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 26-da Madriddə, cavab matçı isə martın 17-də Mançesterdə olacaq.(Qol.az)

Facebook Comments