KMPG auditor şirkəti dünyanın ən bahalı oyunçularının yeni siyahısını hazırlayıb.
Sozcu.az Fransa mətbuatına istinadən xəbər verir ki, 12 liqadan 5000-dən çox futbolçunun transfer dəyəri qiymətləndirilib. Siyahıya PSJ-nin futbolçusu Kilian Mbappe başçılıq edir. 21 yaşlı hücumçunun dəyəri 225 milyon avro müəyyən olunub.
İlk 10-luq:
1. Kilian Mbappe (PSJ) -225 milyon avro
2. Neymar (PSJ) -185 milyon avro
3. Lionel Messi (“Barselona”) – 180 milyon avro
4. Eden Azar (“Real”) – 152 milyon avro
5. Rahim Sterlinq (“Mançester Siti”) – 150 milyon avro
6. Məhəmməd Salah (“Liverpul”) – 150 milyon avro
7. Harri Keyn (“Tottenhem”) – 140 milyon avro
8. Sadio Mane (“Liverpul”) – 130 milyon avro
9. Kevin de Bruyne (“Mançester Siti”) – 130 milyon avro
10. Antuan Qrizmann (“Barselona”) – 125 milyon avro
Maraqlıdır ki, Kriştiano Ronaldonun adı hətta TOP-15-ə də düşməyib.(Qol.az)