87 miqrant Türkiyədən Yunanıstana keçərkən saxlanılıb

Türkiyənin Çanaqqala şəhərində qanunsuz yollarla Yunanıstanın Midilli adasına keçmək istəyən 87 miqrant saxlanılıb.

Sozcu.az xəbər verir ki, şəhərin polis əməkdaşları tərəfindən saxlanılanların Əfqanıstan vətəndaşı olduqları bildirilir.

Aralarında qadın və uşaqların da olduğu qanunsuz miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.

Facebook Comments