SEPAH-ın düşərgəsi raketlə vuruldu: ölü və yaralılar var

SEPAH-ın Suriyanın şimal-şərqindəki hərbi düşərgələrindən biri naməlum təyyarələr tərəfindən raket hücumuna məruz qalıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Əl Hadat” telekanalı məlumat yayıb.

Kanal hücumun İsrail aviasiyası tərəfindən edilə biləcəyini deyib.

Məlumata görə, zərbələr nəticəsində ən az 5 nəfər həlak olub. Yaralananlar da var.

SEPAH hücumla bağlı heç bir məlumat yaymayıb.

Facebook Comments