“VAR-ı yoxladıqdan sonra “Qızıl top”u Messidən alıb, van Deykə verəcəklər”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Qızıl top-2019” mükafatı haqda danışıb.

Sozcu.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, mükafatı kimin qazanması ilə bağlı suala yumoristik formada cavab verib: “Mən əminəm ki, əvvəlcə “Qızıl top”u Messiyə verəcəklər. Sonra isə VAR-ı yoxlayacaqlar və onu van Deykə təqdim edəcəklər”.

Qeyd edək ki, “Qızıl top”u Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messinin qazanacağı iddia olunur.(Qol.az)

Facebook Comments