Ölkəmizdə işığın qiyməti ucuzlaşa bilər

Xəbər verdiyimiz kimi, Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrindən ən irisi – gücü 1 300 MVt olacaq, Ələt qəsəbəsinin 2 km cənubunda yerləşəcək günəş elektrik stansiyasıdır.

Sozcu.az xəbər verir ki, Bu barədə AERA-dan məlumat verilib. Bildirilib ki, 2 600 hektar ərazidə yerləşəcək günəş elektrik stansiyanın illik istehsal edilməli olan enerjinin həcmi 1 725 KVt-saatdır. Qeyd olunan 8 layihə üzrə ümumi gücündən 2 825 MVt-ı günəş, 442,2 MVt-ı isə külək elektrik stansiyaların (3-ü günəş, 5-i isə külək elektrik stansiyası) payına düşəcək. Məlumata əsasən, alternativ və bərpa olunan enerji üzrə digər iri obyekt – 1 100 MVt gücündə, Hacıqabul rayonunun Atbulaq kəndinin 5 km şimal-şərqində 2 200 hektar ərazidə yerləşəcək. Bu enerji obyektinin illik istehsal edilməli olan enerjinin həcmi 1 460 mln. KVt-saatdır. yarımadasında 850 ha ərazidə yerləşəcək. Bu stansiyanın gücü 425 MVt, illik istehsal ediləcək enerjinin həcmi isə 579 mln. KVt-saat təşkil edəcək.

Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrin ümumi gücü 3 267,5 MVt təşkil edir. Layihələr üzrə ilk hərracın keçirilməsi 2020-ci ilin birinci yarısında planlaşdırılır.

Maraqlıdır ki, bu layihələr ölkəmizə nə verəcək? Elektrik enerjisinin qiymətinə təsir edəcəkmi? Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan N. Cəfərli layihəni belə şərh edib:

“Əslində biz gecikmişik. Çünki Azərbaycanın bərpa olunan enerji imkanları çox genişdir. İstər günəş, istərsə də külək enerjisindən istifadə etməyə təbii şəraitimiz imkan verir. Bu addımın atılması özü-özlüyündə pozitiv yanaşmadır. Çünki bir müddət öncə Azərbaycana Rusiyanın təklifi ilə atom elektrik stansiyasının tikilməsi fikri var idi. Mənə elə gəlir ki, bu layihə atom elektrik stansiyasının ziyanlı olduğunu nəzərə alaraq, Azərbaycanın gündəmindən tamamilə çıxarılması məsələsini də özü ilə bərabər gətirdi.

Günəş enerjisi son 15-20 ildə böyük yol qət edib və maya dəyərinin dəfələrlə azalmasının şahidi olmuşuq. Yeni texnologiyalar və süni intellektlə idarə olunan sistemlər quraşdırıldıqca maya dəyəri daha da aşağı düşür. Məsələn 10 il bundan önə Avropa və Amerikada, yaxud da Asiya ölkələrində günəş enerjsinin maya dəyəri 1 Kvt üçün təqribən 25 sentə bərabər idisə, bu gün elə ölkələr var ki, orada hətta maya dəyəri 2 sentədək düşüb. Bu sahədə ciddi uğur qazanmış ölkələr var. Onlarla birgə fəaliyyət planının hazırlanması həm maya dəyərinin azalmasına gətirib çıxaracaq, həm də effektivliyini artıracaq.

Təqribən 10 il bundan qabaq günəş panellərinin gün ərzində yığdığı günəş enerjisinin həcmi 24 saat ərzində adi 100 vt-luq lampaya bəs edirdisə, bu günkü müasir panellər artıq 16 lampaya xidmət edəcək enerji toplaya bilir. Bu prosesdə yeni texnologiyalardan istifadə həm qaz və neftdən alınan enerjiyə qənaət etməyə imkan verəcək, bu həm ekoloji məsələdir, həm də ki, enerji üçün sərf olunan qazı və nefti başqa sahəyə yönəldə bilərik”.

Ekspert bildirib ki, günəş elektrik stansiyaları effektiv fəaliyyət göstərərsə, Azərbaycanda elektrik enerjisinin qiyməti ucuzlaşa bilər:

“Bununla bağlı maraqlı bir fakt deyə bilərəm. Latın Amerikasının ən inkişaf etmiş ölkələrindən biri olan Çili də son 10 il ərzində günəş enerjisinə böyük yatırımlar qoydu. Son 2 ildir artıq enerji o qədər çox hasil olunur ki, insanlara aylarla pulsuz elektrik enerjisi verilir. Yəni Azərbaycanda da belə imkanlar var. Günəş enerjisinin daha aşağı maya dəyəri ilə daha effektiv istehsalı həyata keçirilə biləcəksə və bunun üçün müasir texnologiyalardan istifadə olunacaqsa, bir müddət sonra elektrik enerjisinin qiymətində ucuzlaşma gözləmək mümkündür”.

Facebook Comments