Fransa polisi xüsusi əməliyyata başladı

Fransanın paytaxtı Paris şəhərinin İvelin departamentində hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirir.

Sozcu.az xəbər verir ki, bu barədə Paris polisinin Tvitter hesabından informasiya yayılıb.

“Təhlükəsizlik qüvvələri və xilasedicilər hazırda Şatu kommunasının Hambetta küçəsində xüsusi əməliyyat aparır. Əməliyyatın gedişinə mane olmamağı və əməliyyat regionundan uzaq durmanızı xahiş edirik”, – polisdən bildirilib.

Əməliyyatın təfərrüatları barədə məlumat verilməyib.(Axar.az)

Facebook Comments