Kərbəlada İran konsulluğuna hücum – 5 ölü, 20 yaralı

İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğuna hücum edilib.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyi qoruyan təhlükəsizlik qüvvələri ilə bir qrup şəxs arasında baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Yaralılardan 17-si güc strukturlarının əməkdaşlarıdır.

Məlumata görə, nümayişçilər İran bayrağını İraqın dövlət bayrağı ilə əvəzləyiblər.

Facebook Comments