Ramos Kasilyasın rekordunu qırdı

İspaniya millisinin kapitanı Serxio Ramos yığmanın sabiq qapışısı İker Kasilyasın rekordunu yeniləyib.

Sozcu.az xəbər verir ki, 33 yaşlı müdafiəçi millinin heyətində ən çox oyun keçirən futbolçu olub. O, Norveçlə görüşdə 168-ci oyununa çıxıb. Bu göstərici ilə Ramos millinin əfsanəvi qapıçısı İker Kasilyası geridə qoyub.

2016-cı ildə milli karyerasını başa vuran Kasilyas yığmada 167 oyun keçirib.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən İspaniya millisinin uğurları üçün çalışır.(Qol.az)

Facebook Comments