Putindən dünyaya mesaj: Heç kimdə olmayan silah yaratdıq

Yaxın gələcəkdə Rusiya dünyanın istənilən raketdən müdafiə sisteminin öhdəsindən gələ biləcək zərbə kompleksləri hazırlayacaq.

Sozcu.az xəbər verir ki, bunu “RT Arabik”, “Skay Nyus” və “Əl Ərəbiyə”yə müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz bunu edəcəyik. İndi bu aydındır. Ona görə ki, raketdən müdafiə sistemləri ballistik trayektoriyada uçan raketlərə qarşı işləyirlər, biz isə tamam başqa silah yaratmışıq. Bundan dünyada heç kimdə yoxdur”, – o bildirib.

Facebook Comments