Kurtua ümumi məşqi buraxdı

“Real”ın qapıçısı Tibo Kurtua komandasının bugünkü ümumi məşqini buraxıb.

Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, belçikalı qolkiper fərdi qaydada məşq edib. Komandanın baş məşqçisi Zinəddin Zidan əsas komandaya “Kastilya”nın qapıçısı Dieqo Altubeni cəlb edib.

Xatırladaq ki, “Real” La Liqanın 8-ci turunda oktyabrın 5-i “Osasuna” ilə qarşılaşacaq.(Qol.az)

Facebook Comments