“Hakimiyyət yenə bizə qarşı təxribat hazırlayır” – FƏRƏC KƏRİMLİ

Sozcu.az xəbər verir ki, Müsavat başqanın müavini Fərəc Kərimli öz feysbuk səhifəsində hakimiyyətin öna qarşı yeni təxribatı haqqında məqalə yazıb.

Həmin satausu sizə təqdim edirik:

“Hakimiyyət yenə bizə qarşı təxribat hazırlayır. 2014-cü ildə də eyni ssenarini işlətmişdilər və nəticədə məni və qardaşımı həbs etdilər.

Yenə mülki geyimli şəxslər məhləmizdə gəzişir, qonşulardan bizim haqqımızda məlumat soruşurlar. Guya miqrasiya idarəsinin əməkdaşlarıdır.

Əgər bizim ailədən kimisə həbs etsələr, və ya hər hansı bir təxribatla üzləşsək Əliyev rejiminin bizə qarşı növbəti repressiya siyasətidir.

Bu rejimə bələd olduğumuz üçün indidən şər-böhtan olduğunu bəyan edirəm! İsa bəy demişkən: Demokratik hərəkəta başqa məqsədlə yox, ideyalarına görə qoşulmuş şəxslər heç bir repressiyadan, həbsdən və başqa tədbirlərlərdən çəkinməyiblər və çəkinməyəcəklər

Bu vətən bizimdir!”

Facebook Comments