Ağsuda avtomobil 6 yaşlı uşağı vurub

Ağsu rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az-ın məlumatına görə, hadisə Qaraqaşlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2013-cü il təvəllüdlü Nurlan Fikrət oğlu Qədirovu avtomobil vurub. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments