“Trampın qızı gömbuldur, istəmirəm onunla…” – İstefanın səbəbləri

ABŞ Prezidenti Donald Trampın istefaya göndərilən şəxsi köməkçisi Madlen Vesterhaytın Ağ Evdən uzaqlaşdırılması səbəbləri bəlli olub.

Sözcü.az xəbər verir ki, ABŞ mediası xanım Vesterhaytın istefasını jurnalistlərə informasiya sızdırması ilə əlaqələndirib.

Qeyd olunduğuna görə, avqust ayında bir qrup jurnalist üçün Ağ Evin mətbuat katibinin köməkçisi Hoqan Cidleyin iştirakı ilə axşam ziyafəti təşkil edilib.

Cidley müsahibə üçün salondan ayrıldıqdan sonra Madlen Vesterhayt “Vaşinqton Post”, “Bloomberg” və digər məşhur nəşrlərin əməkdaşları ilə 45 dəqiqə baş-başa qalıb.

Qəzetçilərlə zarafatlaşan Madlen Vesterhayt prezidentin qızları İvanka və Tiffani ilə müqayisədə Trampla daha yaxşı əlaqələri olduğunu bildirib. Bundan əlavə Trampın qızı Tiffaninin kök olması səbəbindən onun yanında görüntülənməsindən xoşlanmadığını ifadə edib.

Bu gizli söhbətin mediaya sızması Ağ Evdə müsbət qarşılanmayıb və Madlen Vesterhayt istefa verməli olub.\Teleqraf.com\

Facebook Comments