“Qarabağ”ın imtina etdiyi futbolçu “Neftçi”də – 1.5 milyon maaş

”Qarabağ”dan ayrılan Donald Gerye karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Sözcü.az xəbər verir ki, haitili sol cinah müdafiəçisi “Neftçi”yə keçir. “Ağ-qaralar” onunla 2 illik müqavilə imzalayacaq. Gerye ayda 35 min dollar (59.5 min manat) maaş alacaq. Bu isə haitili futbolçunun 2 il ərzində 840 min dollar (1 milyon 428 milyon manat) qazanacağı deməkdi.

Gerye bildirib ki, “Neftçi” onun bütün şərtlərini qəbul edib. Futbolçu illik maaşının yarısını müqavilə bağlayan zaman alacağını deyib. Bakı klubu müqavilənin surətini futbolçuya göndərəndən sonra o, Azərbaycana yola düşəcək.

Qeyd edək ki, Gerye 2017-cii ilin yayında “Alanyaspor”dan “Qarabağ”a keçib. O, ölkəmizdə keçirdiyi 64 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə edib. “Qarabağ” onunla müqavilənin müddətini uzatmaq qərarına gəlsə də, sonradan imtina edib.\Fanat.az\

Facebook Comments