Makron Trampı razı saldı: Putin G7-yə dəvət edilir

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı 2020-ci ildə keçiriləcək G7 sammitinə dəvət etmək təklifini qəbul edib.

Sozcu.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində CNN-in jurnalisti Kayli Atvud paylaşıb. Onun sözlərinə görə, Trampla Makron bu barədə dünən axşam baş tutan telefon danışığı zamanı razılıq əldə ediblər. Atvud Moskvanın G7-yə dəvət edilməsi ideyasının Makrona məxsus olduğunu deyib.

ABŞ Prezidenti Donald Tramp da dünən jurnalistlərə açıqlamasında Rusiyanın G-8-ə qayıtmasına qarşı çıxmayacağını bildirmişdi.\Axar.az\

Facebook Comments