Mövsümün məşqçisi bu 10 nəfərdən biri olacaq – FİFA açıqladı

FİFA 2018/19 mövsümünün ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb.

Sozcu.az-ın məlumatına görə, bu haqda qurumun saytı məlumat yayıb. On nəfərlik siyahıda aşağıda adları qeyd olunan mütəxəssislər yer alıb:

Camel Belmadi (Əlcəzair millisi), Didye Deşam (Fransa), Marselo Qalyardo («River Pleyt»), Rikardo Qareka (Peru), Xosep Qvardiola («Mançester Siti»), Yurgen Klopp («Liverpul»), Maurisio Poçettino («Tottenhem»), Fernandu Santuş (Portuqaliya), Erik ten Haq («Ayaks»), Tite (Braziliya).

İlin məşqçisini azarkeşlər FİFA-nın saytındakı sorğu əsasında müəyyənləşdirəcək. Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.(Qol.az)

Facebook Comments