Tacikistan elan etdi: Zəngin neft yataqlarımız var

Tacikistanda 3000-5000 metr dərinliyində 20 neft-qaz yatağı var.

Sozcu.az xəbər verir ki, bunu Tacikistan Geologiya Baş İdarəsinin rəisi İlxomcon Oymaxmadzodə deyib. O bu yataqlarda böyük neft-qaz ehtiyatlarının olduğunu bildirib.

Oymaxmadzodə neft ehtiyatlarının 2 milyon tona, qaz ehtiyatlarının isə 3 milyard kub metrə çatdığını deyib. Baş geoloq hazırda yataqların işlənilməsi prosesinin aparıldığını söyləyib. O, Düşənbənin 22 şirkətlə ölkədə geoloji kəşfiyyat aparması üçün razılaşma da imzaladığını bildirib.(Axar.az)

Facebook Comments