Ukraynalı politoloq: Zelenski heç bir iş görmür

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada saxlanılan ukraynalı dənizçilərin azad edilməsi üçün heç bir iş görmür.

Sozcu.az xəbər verir ki, bunu “112 Ukrayna”ya açıqlamasında ukraynalı politoloq Vasili Vakarov deyib.

Vakarov Rusiya tərəfindən dənizçilərlə bağlı təklif irəli sürülməsinə baxmayaraq, Zelenskinin prezident kimi bu məsələdə hər hansı bir iş görmədiyini bildirib və onun siyasətdə aktiv olmadığını söyləyib.

Qeyd edək ki, ötən ilin noyabrında Kerç boğazında baş verən insident nəticəsində Rusiya ukraynalı dənizçiləri həbs edib.

Facebook Comments