Niderland millisinə Depay zərbəsi

Niderland millisinin üzvü Memfis Depay DÇ-2022-də komandasının ilk oyununu – Seneqalla matçı buraxacaq.

Sozcu.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Lui van Qal danışıb. 28 yaşlı hücumçunun əzələsində problem var və o, hələ də oynamağa hazır deyil.

Lui van Qa bu itkinin Seneqal millisinin üzvü Sadio Manenin yoxluğu ilə müqayisə edib:

“Depayın yoxluğu bizim üçün Seneqalda Sadio Manenin itkisi kimidir. Mane qeyri-adi oyunçudur. Mən “Mançester Yunayted”in baş məşqçisi olanda onu komandaya gətirmək istəyirdim. Həmin vaxt Maneni izlədim. Mən Manenin fanatıyam. O, oyunu dəyişdirə bilən futbolçudur və deyərdim ki, Manesiz Seneqal üçün çox çətin olacaq. Amma eyni şey bizə də aiddir. Ən yaxşı bombardirimiz Memfis Depay oynamayacaq. Düşünürəm ki, indi futbolçular bir-birini yaxşı başa düşürlər. Onlar birlikdə yaxşı işləyirlər. Məncə, bu, uğura töhfə verəcək. 2014-cü ildə biz bundan daha aşağı keyfiyyətli komanda ilə 3-cü yeri tutduq. Mən ümid edirəm ki, indi daha çox şeyə nail olacağıq”.

Qeyd edək ki, bu gün keçiriləcək Seneqal – Niderland matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Facebook Comments