Dəhşətli qəzada ölən tələbə məmur oğlu imiş

Bir neçə gün əvvəl Bakıda baş vermiş dəhşətli yol qəzasında həlak olan Elvin Əzizli vəzifəli şəxsin oğlu imiş.

Sozcu.az xəbər verir ki, E.Əzizlinin atası Şahin Əzizov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinin rəisidir.

Bu barədə rəsmi qəzetdə Dövlət Əmək Müfəttişliyi Xidmətnin rəhbərliyi və kollektivi Ş.Əzizova başsağlığı veriblər.

Qeyd edək ki, E.Əzizli Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi idi.

Xatırladaq ki, faciəvi hadisə akademiyanın qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.Modern.az

Facebook Comments