Azərbaycan nefti ötən həftə 4%-dək ucuzlaşıb

Ötəm həftə (19 – 23 sentyabr) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 92,46 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,63 dollar və ya 3,78% azdır.

Sozcu.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (II gün) – 93,73 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 89,81 dollar səviyyəsində olub.

Facebook Comments