Ağstafada mikroavtobus qəzaya uğradı : 20 yaralı

Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxşın şəxs xəsarət alıb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax-Gəncə istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu ilə “Qazel” markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments