ABŞ-da 3 yaşlı uşaq anasını güllələyib

ABŞ-ın Cənubi Karolina ştatında üç yaşlı oğlan təsadüfən 33 yaşlı anasını güllələyib.

APA-nın “True Crime Daily” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə nənənin gözü qarşısında baş verib.

Polis hadisə yerində 33 yaşlı yaralı qadını, onun 3 yaşlı oğlu və yaşlı anasını aşkarlayıblar. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Ölən qadının anası sorğu zamanı bildirib ki, uşaq evdə tapdığı tapançadan təsadüfən atəş açıb.

Facebook Comments