211-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 211-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 55 510 hərbçi, 2 236 ədəd tank, 4 776 ədəd zirehli döyüş maşını, 1 341 ədəd artilleriya sistemi, 318 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 169 hava hücumundan müdafiə sistemi, 253 ədəd hərbi təyyarə, 218 ədəd helikopter, 3 630 ədəd avtomobil texnikası, 941 ədəd PUA, 240 qanadlı raket, 15 gəmi/qayıq, 125 xüsusi avadanlıq itirib.

Facebook Comments