Urmuda uşaqlara türk dilində kitablar paylanıb

Sentyabrın 18-i axşam saatlarında urmulu milli mədəni fəallar ana dili ilə bağlı aksiya keçirib. Onlar İranda yeni təhsil ilinin başlaması ərəfəsində qeyri-fars dillərə qarşı ayrı-seçkilik məzmunlu çıxışlarına etirazlarını bildiriblər.

Qeyd edək ki, hər il Güney Azərbaycanın müxtəlif şəhərlərində yeni təhsil ilinin başlanması, 21 Fevral Beynəlxalq Ana Dili Günü və 17 dekabr türkcə kitabların yandırılmasının anım günü ilə əlaqədar ana dilində kitablar paylanılır.

Bu günə kimi çox sayda milli-mədəni, Azərbaycan dili fəalı İran hökuməti tərəfindən saxlanılaraq qondarma ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum olunub.

Hazırda Abbas Lisani, Əlirza Fərşi, Tohid Əmirəmini, Əkbər Nəimi, Ruzbeh Piri və başqaları ana dili uğrunda apardıqları dinc fəaliyyətlərinə görə həbsdədirlər.

Facebook Comments