“Qarabağ” Azərbaycanın xalını artırdı – UEFA reytinqi

Avrokuboklarda qrup mərhələsinin 2-ci turundan sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.

Sozcu.az xəbər verir ki, “Qarabağ”ın Bakıda Fransa “Nant”ına qalib gəlməsi (3:0) Azərbaycanın aktivinə daha 0,500 xal yazdırıb.

Ölkəmiz bu mövsüm üzrə xal sayını 2.500-ə, son 5 mövsümdə isə 15,125-ə çatdırıb. Ancaq mövqeyimiz yenə dəyişməz qalıb. Azərbaycan əvvəlki kimi 29-cu pillədədir.

Qeyd edək ki, siyahıya 91,570 xalla İngiltərə başçılıq edir.

Facebook Comments