Novella Cəfəroğlu Ədalət Vəliyevlə görüşünü məhsuldar adlandırdı

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Nofella Cəfəroğlu məlumat verərək, görüşün məhsuldar keçdiyini bildirib.

“Dünən Azərbaycan Respublikası Prezidendinin Administrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə İşgüzar görüşümüz oldu.

Görüş zamanı Azərbaycanda son zamanlar baş verən siyasi, iqtisadi , sosial vəziyyətlə bağlı problemləri müzakirə etdik. Görüşümüz səmimi və məhsuldar keçdi. Bir daha əmin oldum ki , Ədalət müəllim ölkəmizdə baş verən bütün proseslərə ürəklə yanaşan bir insandır.”

Facebook Comments