Urmuda etiraz aksiyası keçirilib

Rabitə Şirkətinin işçiləri əmək haqlarının verilməməsindən narazılıqlarını bildiriblər.

Qərbi Azərbaycanın əyalətinin mərkəzi Urmu şəhərində Rabitə Şirkətinin işçiləri etiraz aksiyası keçirib və əmək haqlarının ödənilməməsindən narazılıqlarını bildiriblər.

İşçilərin sosial mediada yaydıqları məlumata görə, şirkət rəhbərliyi 7 aydır onların əmək haqlarını ödəməkdən imtina edir.

Onlar problemin həlli ilə bağlı bundan öncə bir neçə dəfə müraciət etmələrinə baxmayaraq rəhbərlik məsələnin həlli üçün heç bir tədbir görməydiyini bildirirlər.

Facebook Comments