Çağırışçılarla bağlı yeni xəbər: Bundan sonra

Azərbaycan Respublikasının Narkoloji xidmət və nəzarət haqqında Qanununa müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə – qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl – bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları- dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq – xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirməsi ilə bağlı müddəa əlavə edilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bundan irəli gələrək bir sıra qərarlara dəyişiklik edilməsi zərurəti yaranıb.

Silahlı Qüvvələrin ehtiyatında olan və ilkin hərbi qeydiyyata alınan vətəndaş vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinə ilə yanaşı icbari narkoloji müayinəyə göndərilir.

Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün icbari narkoloji müayinəyə göndərilə bilər.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sağlamlığının yoxlanması qaydasına Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə müvafiq Qanuna uyğun olaraq icbari narkoloji müayinədən keçmələri ilə bağlı müddəa əlavə edilib.

Facebook Comments