Ukrayna bu həftə Rusiyaya ciddi zərbə vurdu!

Ukrayna bu həftə ərzində işğalçıların maddi-texniki təminatının məhv edilməsində mühüm nəticələr əldə edə bilib.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu həftə ərzində Ukrayna Silahlı Qüvvələri və kəşfiyyatımız Rusiya ordusunun maddi-texniki bazasının, işğalçıların arxa bazalarının məhv edilməsində ciddi nəticələr əldə edib.

Düşmənin silah-sursat anbarlarına, onların komanda məntəqələrinə vurulan hər zərbə bizim hamımızın, Ukrayna hərbçilərinin və mülki şəxslərin həyatını xilas edir”, – deyə dövlət başçısı bildirib.

Facebook Comments