Ermənistan hərbçisi öldü

Ermənistanın hərbi qulluqçusu, 1995-ci il təvəllüdlü sıravi Atom Arutyunyan avqustun 3-dən 4-nə keçən gecə qəflətən ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, 3 aylıq hərbi təlimlərdə iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır. A.Arutyunyanın ölümünün səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Facebook Comments