11 dəqiqəyə rusların 7 təyyarəsi vuruldu – Smajnı

Rusiya ilə müharibə zamanı ən çətin ay fevral idi, onların aviasiyası və quru qoşunları Kiyevə güclü hücum edirdi. Fasilə yox idi. Kiyevə hücum başa çatdı, İzyum istiqamətində başladı, İzyum istiqamətində sona çatdı, Odessaya hücum başladı.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Denis Smajnı deyib.

O, Kiyevin müdafiəsi zamanı uğurlu əməliyyatdan danışıb:

“Kiyevə hücum zamanı 11 dəqiqə ərzində Rusiyanın 7 təyyarəsi vuruldu, demək olar ki, bütün eskadrilya məhv edildi. Görünür, bu onların son hücum ümidi idi. Bundan sonra Kiyevə hava hücumları dayandı”.

Facebook Comments